Ölkə

Bakıda yaşlı kişini avtobus vurdu

13 Mart 2018 09:36
0 Şərh     Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Aydəmirov Mürsəl Sərdar oğlunu 173 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.