Ölkə

Şirvanda mikroavtobus qəzaya uğradı: Xəsarət alanların hamısı qadındır - ADLAR - YENİLƏNİB

13 Mart 2018 10:26
0 Şərh     Baxış: 1 497

10:26

Şirvan şəhərində baş verən qəzada xəsarət alan şəxsləri kimliyi müəyyənləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. 
 
Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.
Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

-----------

10:13

Şirvan şəhəri ərazisində mikroavtobusun "KAMAZ" markalı yük maşını ilə toqquşması nəticəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasına 13 nəfər müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciət edənlərdən 7 nəfərin vəziyyəti normal olduğundan ambulator müalicəyə göndərilib:

"Hazırda 6 nəfər xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır, həyatı təhlükəsi yoxdur".

------------

09:18

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil"ə məxsus xüsusi qurğulu "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.