Ölkə

Deputat: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında idxal payını azaltmaq lazımdır"

12 Mart 2018 15:54
Baxış: 941

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında idxal payını azaltmaq lazımdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, bu addım dövlət tərəfindən həyata keçirilən idxalı əvəzetmə siyasətinin tərkib hissəsidir:

"Bu gün Azərbaycan özünü toyuq əti və yumurta, tərəvəz, meyvə kimi kənd təsərrüfatı məhsulları ilə 90-100 faiz təmin edir. Bununla belə bu məhsulların istehsalında komplektləşdirici hissələr və xammal idxalının payı böyükdür. Xüsusilə bu qablaşdırmaya aiddir. Azərbaycanda keyfiyyətli qablaşdırma istehsal edən kifayət qədər müəssisə var. Buraya mineral gübrələri, xüsusi geyimləri və avadanlıqları əlavə etmək olar. Vəziyyəti dəyişmək lazımdır".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.