Ölkə

Bakıda avtobus sürücüsünün üzünə tüpürən şəxs üzr istədi

12 Mart 2018 13:08
0 Şərh     Baxış: 3 082

Xəbər verdiyimiz kimi, fevralın 18-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün qaydaları pozaraq, avtobusun hərəkət zolağında saxlamış 99-AL-789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu.

Milli.Az xəbər verir ki, artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat "BakuBus" MMC-yə daxil olub.

Şirkətdən Milli.Az-a verilən məlumata görə, hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi tərəfindən həyata keçirilmiş və hadisəni törədən şəxs N. Musayev polis bölməsinə gətirildikdən sonar tutduğu əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirmiş, avtobus  sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib.

Bununla belə polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N. Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib.

"BakuBus" MMC bir daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, ictimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə  dəvət edir.

Yusif Nəsirli
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.