Ölkə

Bakıda aptekdə qadın qadını bıçaqladı

12 Mart 2018 12:52
7 Şərh     Baxış: 2 528

Biləcəridə aptekdə işləyən qadın həmcinsi tərəfindən bıçaqlanıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, hadisə martın 10-da baş verib.

Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Tovuzlu E · 12 Mart 12:5420

    Bicaqla hede qorxu gelib, bicaqladi yazilib Bicaqlasa ne yazilacaqdi, dogradi yeqin ki

    Cavab yaz
    • Anonim
      ? · 12 Mart 13:3610

      )))))))))))) birdən elə başlıqlar yazırlar ki diri toyugun gülməyi gəlir.

      Cavab yaz
  • Anonim
    ? · 12 Mart 13:3800

    165 manatı görən neynirdi? Nə almaq istəyirdi ki belə həşir çıxarıb?

    Cavab yaz
  • Anonim
    ? la · 12 Mart 13:5000

    165 manat boyuk pul olmasa da her halda 1manat 65 qepik deyil. serh yazanda mentiqnen yazin(..........

    Cavab yaz
    • Anonim
      ? · 12 Mart 14:1300

      Kimin üçün böyük puldu, kiminsə üçün semiçka puludur, kimlərəsə xəyallarda gördüyü puldur. Mən demək istəyirəm ki nə qədər məbləğ olsa da dəyməzdi bu biabırçılığa. Siz bir növ qadına haqq qazandırlrslz. Mən həm məntiqlə, həm də kinayəylə yazmışam. Siz necə gördüz öz işinizdir.

      Cavab yaz
    • Anonim
      ? · 12 Mart 14:1440

      O dediyiniz 1 manat 65 qəpiyə möhtac olduqumuz günlər də olub. Ama quldurluq etməmişik.

      Cavab yaz
  • Anonim
    АLEKS❤ · 12 Mart 18:2710

    Məsələnin bilmədiyimiz başqa tərəfi ola bilər:narkotik aludəçisi də ola bilər,yenidən içəri türməyə qayıtmaq üçün də ola bilər və s....hər halda cinayət törənib və cinayətkar da cəzasını almalıdır.ALEKS@

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.