Ölkə

Bakıda qadını şantaj edən saxlanıldı

12 Mart 2018 12:38
0 Şərh     Baxış: 827

Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib.

O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.