Ölkə

Yevlaxdakı yol qəzasında xəsarət alan şagirdlərdən biri beyin əməliyyatı olundu

12 Mart 2018 11:45
0 Şərh     Baxış: 1 877

Yevlax rayonu ərazisində baş verən yol qəzası nəticəsində ağır xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 nəfərdən 4-nün vəziyyəti stabilləşib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, xəsarət alanlardan 4 nəfərin vəziyyəti normaldır:

"1 nəfərin vəziyyəti ağır olaraq qalır. Buna səbəb isə həmin xəstənin beyin nayihəsindən əməliyyat olunmasıdır. Əməliyyata görə xəstənin vəziyyəti hələ də ağır qiymətləndirilir".

Xatırladaq ki, martın 11-də səhər saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 20 sərnişin xəsarət alıb. Onlardan 15 nəfəri Yevlax rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 5 nəfərin vəziyyəti ağır olduğundan isə onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.