Ölkə

Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

12 Mart 2018 11:23
1 Şərh     Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda məktəbliləri daşıyan mirkoavtobusunun qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.1-1 -ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

K. Əliyev bildirib ki, faktla bağlı saxlanılan yoxdur.

Xatırladaq ki, martın 11-də səhər saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 20 sərnişin xəsarət alıb. Onlardan 15 nəfəri Yevlax rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 5 nəfərin vəziyyəti ağır olduğundan isə onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.