Ölkə

Məktəblilərin abort etdirməsi xəbərinə Səhiyyə Nazirliyindən REAKSİYA

12 Mart 2018 11:18
10 Şərh     Baxış: 4 664

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, S.Məmmədova Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb.

S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

"Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin".

Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:

"Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir".

Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil.

O bildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsi ilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahid elektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələb olunan məlumatları oradan əldə etmək mümkün olur:

S.Məmmədova məktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir:

"Heç bir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinə götürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlar hamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s. tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədər böyük risk, təhlükəlidir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov mətbuata verdiyi açıqlamasında son 3-4 ildə 1200-ə qədər 9-11-ci sinif şagirdinin abort etdirdiyini açıqlayıb.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür.

2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Aydlndl · 12 Mart 11:2120

    Ele melumatln menbeyi cinayet mesuliyyeti dawlylr hormetli sevinc xanlm.Sen de bunu bildiyun uchun yuxari avazla bagir

    Cavab yaz
    • Anonim
      Filiz · 12 Mart 13:4810

      Necesen ? Bu isleri qabartmaq lazimdir ki gozubaqlilarin gozu acilsin. Bilsinlerki ovladlarin qizlarin qorumali ve aqibetin nece olacaqin basa salmalidirlar. Cinayrt toreden hekimlerse oz cezalarini cekmelidirler

      Cavab yaz
      • Anonim
        Aydlndl · 12 Mart 14:1601

        Bunlar bir yana men senin werhivi gorende eriyirem

        Cavab yaz
        • Anonim
          Filiz · 12 Mart 15:0901

          Gel seni qoyum buzxanayaaaaa berkiii

          Cavab yaz
          • Anonim
            Aydlndl · 12 Mart 15:3601

            Demeli menim filizim doyulsen onun adiyla yazlrsan

            Cavab yaz
            • Anonim
              Filiz · 12 Mart 15:4601

              Yooo menem narahat olma ureyim

            • Anonim
              Aydlndl · 12 Mart 19:4501

              Sen filiz yox filsen

            • Anonim
              Filiz · 12 Mart 23:3400

              Kusdum senden dedim axi menem

  • Anonim
    Tovuzlu E · 12 Mart 11:2800

    Eslinde Tehsil nazirliyi narahat olmadi Nezere alsaq ki mektebli qizlar 9 cu sinifden sonra muxtelif behanelerle cixarilib ere verilir, ona gore de bu reqemlerin dogruluguna subhem yoxdu 11 illik mecburi olmalidi ki bu reqemler de olmasin

    Cavab yaz
  • Anonim
    Zamin · 12 Mart 12:5300

    Bu reqemlere men inanmiram ola bilsinki bu reqem ferqlidir beleki cox ola biler..nezere alsaq ki ozel klinikalar ve bu sahede mutexessis olan kes ruwvet esasinda "weffafliqdan" kenar abort elesin ve bunu mesuliyyetini anlayan vinayet terkibli olan wexs hec zaman statistik melumati.vermez..klinikalarda ve dogum evlerinde buna kim nezaret edir?her il ana ve uwaq olumu barede ewitdiyimiz hekimlermi?ve siz weffafliq deyirsiz?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.