Ölkə

Əli Həsənov: "Ölkədən qaçan şəxsləri xaricdə Azərbaycana qarşı təlimatlandırırlar"

10 Mart 2018 13:26
Baxış: 774

Bəzi şəxslər ölkədən qaçaraq Azərbaycanın simvollarını təhqir edirlər. Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında şıxışı zaman qeyd edib.

Ə.Həsənov bildirib ki, Azərbaycan mətbuatı bu cür insanlara qarşı mübarizə aparmalıdır: "Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. Həmin insanlar "Facebook"un imkanlarından istifadə edərək çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir".

Ə.Həsənov qeyd edib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: "Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram".

PA rəsmisi vurğulayıb ki, Mətbuat Şurasının "qara siyahı"sında olan media orqanlarının əməkdaşlarının adları bundan sonra da mənzil alan şəxslərin siyahısına daxil edilməyəcək.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.