Ölkə

2 avtomobil toqquşdu: yaralı var

10 Mart 2018 15:34
0 Şərh     Baxış: 547

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında rayonun əsas magistralında iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən Neftçala rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qardaş oğlu Əhmədov müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti isə ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.