Ölkə

"Bu yolla jurnalistikaya aidiyyəti olmayanların mediaya daxil edilməsinin qarşısı alınar"

10 Mart 2018 12:58
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətbuat Şurası Azərbaycan jurnalistikası üçün faydalı işləri ilə yadda qalıb və qarşıdakı dövrdə də jurnalistikanın inkişafı üçün səmərəli fəaliyyət göstərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib.

V.Rəhimzadə jurnalistlərə vahid kartın verilməsi ilə bağlı səsləndirilən fikirləri dəstəklədiyini bildirib: "Bununla jurnalistikaya aidiyyəti olmayan insanların mediaya daxil edilməsinin qarşısı alınar. Bəzən həbsaxanada olan, jurnalistikaya aidiyyəti olmayan insanlara jurnalist vəsiqəsi verirlər, sonra da bundan qarayaxma məqsədilə istifadə edirlər. Bunun qarşısı alınmalıdır".

O bildirib ki, adam var, 15 sayt yaradır, insanlara qarşı mənəvi terror, şantaj xarakterli əməllər törədir: "Mətbuat Şurası bununla bağlı xəbərdarlıq edib, ancaq qəti tədbirlər görülməlidir. Bu, təkcə şantaj deyil, cəmiyyətimizi, mədəniyyətimizi, tariximizi ləkələməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.