Ölkə

Bakıda polisdən qaçan keçmiş məhkumlar boğazlarını kəsdilər

24 Fevral 2018 09:58
0 Şərh     Baxış: 2 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.

1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb.

E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.

Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib. 

Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, onlar əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.