Ölkə

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

24 Fevral 2018 09:29
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılıb.

Milli.Az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunub.

Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.