Ölkə

Siyavuş Novruzov: "Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur"

23 Fevral 2018 12:32
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəyyən mətbuat orqanları yanlış məlumat yayırlar. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb.

O qeyd edib ki, YAP iqtidara gəldiyi dövrdən belə bir hal olmayıb və hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub: "İstər YAP üzvü olsun, istərsə də digər partiya üzvü, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhsus yoxdur".

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlərdə bəzi mətbuat orqanlarında məsələlər təhrif olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.