Ölkə

Sədr müavini: "Uşaqlara Tufan, Sunami və Qazax adını qoymaq üçün müraciətlər edilib"

23 Fevral 2018 11:42
2 Şərh     Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki "Adlar və soyadlar" komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib:

"Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aydır, doğulub, adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik".

S.Sadıqova qeyd edib ki, Ayşə adını dəyişib, Ayişəm formasında qoyulması üçün də müraciət edilib: "Bu müraciətə hələ cavab verilməyib".

S.Sadıqova uşaqlara qoyulan adlarla bağlı güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu da söyləyib.

Komissiyanın sədr müavini qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşına Topraq adının qoyulmasına icazə verilib: "O, Azərbaycan vətəndaşı olmadığı üçün biz onların adlarının qoyulmasına müdaxilə edə bilmərik".

S.Sadıqova Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının uşaqlarına daha çox Damla, Damcı adlarını qoyduğunu da söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.