Ölkə

Bayılda evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarıldı

22 Fevral 2018 15:41
0 Şərh     Baxış: 2 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə sığınacaqda məskunlaşan sakinlər məlumat veriblər.

Məlumata görə, ailələr fevralın 21-də axşam saatlarında müvəqqəti yerləşdirildikləri Səbail rayonu 163 saylı orta məktəbdən çıxarılıb: "Dünən səhər saatlarında 67 ailəyə kirayə haqları verildi. Axşam saatlarında kirayə haqqı alan ailələr sığınacaqdan çıxarıldı".

Qeyd edək ki, fevralın 21-də Bayıl yamacında evləri təhlükəli vəziyytətə düşən 67 ailəyə kirayə haqları Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ödənilib.

Xatırladaq ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.