Ölkə

Müstəntiq: "Qriqoryanın Rusiyada olması barədə məlumatlar var"

22 Fevral 2018 11:42
Baxış: 1 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt hadisələrində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Eduard Qriqoryanın Rusiyada olması barədə məlumatlar var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.

O bildirib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçısı olmuş E.Qriqoryanın Rusiyada olması barədə məlumatlar var: "Bununla bağlı müvafiq olaraq müraciət etmişik, lakin hələlik bir nəticə yoxdur".

Qeyd edək ki, 09.02.2015-ci il tarixdə E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.