Ölkə

AAYDA media ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır

22 Fevral 2018 10:59
Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə müxtəlif media qurumlarının təmsilçiləri ilə görüş keçirilib.

Milli.Az xəbər verir ki, Agentliyin sədr müavini Əvəz Qocayev son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə qısa şəkildə məlumat verib.


(Foto AZƏRTAC-ındır)

Ə.Qocayev qeyd edib ki, dövlət başçışısının tapşırıq və sərəncamları əsasında Bakı ilə yanaşı, respublikanın bütün rayonlarını əhatə edən magistral və yerli əhəmiyyətli yollarda genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılır. Onun sözlərinə görə, bu işlər cari ildə də davam etdiriləcək.

Media qurumlarının AAYDA əməkdaşlığı məsələsinə də toxunan sədr müavini görülən işlərin, həyata keçirilən çoxsaylı layihələrin operativ və peşəkar işıqlandırılmasına görə jurnalistlərə təşəkkür edib. Agentliyin uğurları ilə yanaşı, işdəki nöqsanlarla bağlı KİV-lərdə yer aran materialları da diqqətli izlədiyini və sağlam tənqid olduğu halda onlardan düzgün nəticə çıxarıldığını deyən Ə.Qocayev bundan sonra da media ilə sıx əməkdaşlıq edəcəklərini açıqladı.

Sonda bir sıra media qurumlarına AAYDA-nın rəhbərliyi adından sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.