Ölkə

Qalmaqallı polis rəisi işdən çıxarıldı

21 Fevral 2018 17:35
12 Şərh     Baxış: 10 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hələ ki, onun yerinə təyinat həyata keçirilməyib. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədardır. Onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub.

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsindən "Qafqazinfo"ya bildirilib ki, R. Zalov hazırda səhhəti ilə əlaqədar Bakıdadır və müalicə olunur. 

Qeyd edək ki, R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılıb. Sonuncu dəfə onun 2017-ci ilin dekabr ayında qəza törətməsi haqda mediada xəbər yayılmışdı. Xəbərə görə, Rəhim Zalov idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib və piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib. Piyada ağır xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.