Ölkə

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

21 Fevral 2018 16:55
2 Şərh     Baxış: 1 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə Trend-ə bildirib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.