Ölkə

Məktəbdən qayıdan şagirdi maşın vurdu

21 Fevral 2018 15:43
1 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda məktəbdən gələn şagirdi maşın vurub. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2007-ci il təvəllüdlü Firuzə Vaqif qızı İsgəndərova məktəbdən çıxarkən yolda toqquşan iki avtomobildən birinin altında qalıb. Nəticədə 11 yaşlı qızın hər iki ayağı sınıb və ağır kəllə beyin travması alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, 11 yaşlı Firuzə İsgəndərova Digah qəsəbə tam orta məktəbinin 5-ci sinfində oxuyur. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.