Günay Əfəndiyevaya Qazaxıstanda kitab hədiyyə etdilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazaxıstanın Astana şəhərində səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edəcək.
Fonddan Milli.Az-a verilən məlumata görə, Günay Əfəndiyeva səfər çərçivəsində Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva ilə görüşüb. Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.
G.Əfəndiyeva bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prioriteti türk dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq və gələcək nəsillərə miras qoyaraq özümüzə qaytarmaqdır. O, türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını, türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib.
Fondun prezidenti onun yeni yaradılmasına baxmayaraq, türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işlədiyini qeyd edib. O, bildirib ki, bu layihələrdən biri də "Koroğlu" dastanının çap edilməsidir. Belə ki, üzv ölkələrin hər birinin özünə xas tarixi və ədəbi variantı var. Fondun prezidenti mart ayının sonunda hazır olacaq "Fəlsəfi türk düşüncələri antologiyası" layihəsi haqqında da ətraflı danışıb. Onun sözlərinə görə, layihənin mart ayında Bakıda, sonra Astanada təqdimatının keçirilməsi nəzərdə tutulur. Fondun rəhbəri kitabxanada üzv ölkələrin guşəsinin yaradılmasını da təklif edib.
"Türk dünyası qadın şairələrinin antologiyası" ideyası üzərində də işlədiyini vurğulayan G.Əfəndiyeva deyib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı da türkdilli ölkələrin yaxınlaşmasına, ümumi dildə danışmasına imkan verəcək.
Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva iki ölkənin kitabxanaları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Türk xalqları haqda sənədli və bədii filmlərin çəkilməsini təklif edən kitabxananın baş direktoru təbliğatın daha da artırılmasının önəmini qeyd edib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Fondun fəaliyyətinin genişləndirilməsində üzv ölkələrin dəstək olmasının, əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Səfir ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin - mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını bildirib.
Görüş zamanı Milli Akademik Kitabxana ilə tanış olan Fondun prezidentinə "Qazax xanlığı 550 illik" kitabı hədiyyə verilib. O isə öz növbəsində kitabxanaya latın dilində çap olunmuş "Nursultan Nazarbayev. Həyat yolu" kitabını bağışlayıb.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)
-
Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş əri imiş - (Foto)
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq" (Video)
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)
-
Bu gün ilin son Günəş tutulması olacaq
-
ÇL: “Play-off” bütün iştirakçıları müəyyənləşdi
-
Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş əri imiş - (Foto)
-
Avtomobilin ön şüşəsini alma sirkəsi ilə silənlər dərddən qurtulurlar
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq" (Video)
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi





