Ölkə

Azərbaycanda plastik Çin düyüsü iddiası - Saxta düyü tüstüləndi - VİDEO

21 Fevral 2018 12:22
1 Şərh     Baxış: 7 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Çində istehsal olunan saxta, plastik tərkibli düyünün satılmasına dair video kadrlar yayılıb.

Milli.Az xəbər verir ki, Facebook sosial şəbəkəsində yayılan video kadrlarda bir nəfər Masallı rayonunda yetişdirilmiş düyü ilə Çindən gətirildiyi və saxta olduğu iddia edilən düyünün fərqi göstərilir.

Kadrladan belə məlum olur ki, yerli düyünün üstünə kimyəvi məhlul tökdükdə heç bir dəyişiklik baş vermədiyi təqdirdə, Çinin plastik tərkibli saxta düyüsü tüstülənməyə başlayır və hətta töküldüyü qabı da əridir.

Kadrlar geniş müzakirəyə səbəb olub. Bəziləri göstərilənlərə inansa da, digərləri mənbənin göstərilmədiyindən, düyülərin hansı ölkənin və hansı tərkibli olması, eləcə də məhlulum kimyəvi tərkibinin dəqiq bildirilməməsinə görə onu inandırıcı hesab etmirlər. Hətta bunun yerli düyünün alışına marağı artırmaq üçün atılmış addım olduğunu düşünənlər də var.

Qeyd edək ki, zaman-zaman Azərbaycanda xaricdən gətirilən süni, plastikdən maddədən hazırlanmış qidaların satıldığına dair dəqiqləşdirilməmiş məlumatlar yayılır. 

Pünhan Mirzə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda plastik Çin düyüsü iddiası - Saxta düyü tüstüləndi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.