Ölkə

Sabahın HAVAsı

20 Fevral 2018 15:40
455 Şərh     Baxış: 8 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi- meteoroloji proqnoz

Fevralın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.