Ölkə

Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun! - ZƏHƏRLƏNMƏ riski var

20 Fevral 2018 12:33
0 Şərh     Baxış: 1 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma əleyhinə olan dərmanlardır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, çox zaman insanlar həmin preparatları həkimin təyinatı əsasında alsalar da, həkim məsləhəti olmadan, sərbəst şəkildə verdikləri qərar əsasında dozanı aşırlar: "Belə dərmanları intihar məqsədilə də içirlər və xəstəxanaya dərmandan zəhərlənmə diaqnozu ilə qeydiyyata düşürlər".

İ.Əfəndiyev deyib ki, dərmanlardan zəhərlənənlərin 17 faizini uşaqlar təşkil edir. Bu hallar da valideynlərin uşaqları nəzarətsiz buraxmalarına görə baş verir.

Həkim-toksikoloq qeyd edib ki, 2016-2017-ci illərdə baş vermiş dərman zəhərlənmələri təhlil olunub. 2016-ci ildə ölkədə 732 nəfər, 2017-ci ildə isə 714 nəfər dərmandan zəhərlənib: "Bu isə onu göstərir ki, ölkədə dərmanlardan zəhərlənmələrinin sayı azalıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.