Ölkə

Deputatların pensiyaları artırılır

19 Fevral 2018 18:00
8 Şərh     Baxış: 2 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklərin detalları məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında", "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunlarda və Seçki Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən qeyd olunan şəxslərin qulluq stajı əsasında onların əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin ediləcək.

Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

Layihələr Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə fevralın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.