Ölkə

Ruslan Nimçinskiy Rusiya XİN-ə çağırılıb

19 Fevral 2018 21:12
Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Moskvadakı müvəqqəti vəkili Ruslan Nimçinskiy Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ukrayna tərəfinə ötən gün Kiyevdə "Rossotrudniçestvo" Agentliyinin binasına edilən hücumdan sonra etiraz bildirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Rusiya tərəfi hücumu törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini tələb edib", məlumatda bildirilir.

Qeyd edək ki, fevralın 17-18-də bir qrup radikal Kiyevdə "Rossotrudniçestvo" (Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik) və "Sberbank"a hücum edərək qurumların binalarına ziyan vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.