Ölkə

Növbəti 2 günün HAVASI

19 Fevral 2018 11:28
15 Şərh     Baxış: 3 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, fevralın 19-u gündüz saatlarından yağmur tədricən kəsiləcək: "Fevral ayının 20-21-də ölkə ərazisində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi şimal və şərq rayonlarında hava şəraiti az yağıntılı olacaq. Şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.