Ölkə

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

19 Fevral 2018 09:14
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 183 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər"lə açılıb.

Milli.Az-a DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.