Ölkə

Azərbaycanda 8 gün iş olmayacaq

15 Fevral 2018 17:21
3 Şərh     Baxış: 8 966

Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir.

Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    biz · 15 Fevral 17:2310

    oleyyyyyyyyyyyyyyyyy

    Cavab yaz
  • Anonim
    hopecik · 15 Fevral 17:4730

    martın 19u da bir günlkü məzuniyyət götürüsən, Allah xeyir versin 10 gun istirahət

    Cavab yaz
    • Anonim
      Doğrudan ha.. · 15 Fevral 17:5940

      Elə 26-sını 19-na keçirələr, yəqin hələ ağıllarına gəlmib

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.