Ölkə

Arvadının başqa kişi ilə münasibətini öyrəndi, xəncərlə doğradı - İSMAYILLIDA DƏHŞƏT

15 Fevral 2018 16:20
9 Şərh     Baxış: 7 301

İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: "Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: "Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim". İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: "Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: "Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim".

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Sumqayitli · 15 Fevral 16:2871

    Oldurmek fikri olmuyub 12-defe xencerliyib goren oldurmek fikri olsaydi neyniyermis

    Cavab yaz
  • Anonim
    Ana · 15 Fevral 16:4210

    ???????????

    Cavab yaz
  • Anonim
    x. · 15 Fevral 16:43130

    niye 2defe yazirlar metni??

    Cavab yaz
    • Anonim
      UU · 15 Fevral 22:3500

      Casiblar ona gore

      Cavab yaz
  • Anonim
    Peri · 15 Fevral 16:4890

    Vallah dehwetdi.erini istemirsen bowan sonrada get ne isteyirsen etde.Nebilim mene catmirda bu. Vallah men hemiww ister geyim Alanda aciq .saciq oldugunu nezere aliram.erimden evvel ilk dusunduyum.atamin qeyretidi.heccc vaxt istemerem.ki kimse ona desin senin qizin bu isi gorub.oleremm.menin haqqimda o menfi xeber alsa.yeni bu qadinlar erleri cehennem.atalarinida duwunmurler

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Fevral 18:1330

    Meqsedi oldurmek olub deyir oldurmek fikri olmayib.Qzeble qalxan ezabla oturar Bir dene ölümə ölüm cezasi kesseler əlllaaaa olar onda hec vaxt bele cinayet etmezler hammi bilir ki 5-6 il yatib cixacak ona gore de asanlashib adam oldurmek

    Cavab yaz
  • Anonim
    asi · 15 Fevral 18:2840

    Yaxşı hadisə kimi təkrar niyə yazılıb??

    Cavab yaz
  • Anonim
    Adi insan · 15 Fevral 20:4200

    Iwgence vermek istemiwem ne demekdir? Wubhelenmisense en gozel yolu bowa redd ele bawindan.yox onuda etmirsense gozunu qan tutubsa birdefelik vur oldur.Yoxsa ki iwgence vermek istemiwem.Demek oz aleminde terbiye elemek istemisen de.Eger heqiqetende erin dediyi kimi arvadi pis hereket tutubsa ona ne terbiye?Guya iwgenceden sonra terbiyeli birisi olacaqdi ki.bes ay er senin oz qeyretin harda qaldi?Iwgenceden sonra sag qalacaqdisa demek o qadini qebul edecekdin ki?

    Cavab yaz
  • Anonim
    woman · 16 Fevral 01:4630

    onda gerek biz qadinlar xeyanet eleyen kisileri et mashinindan kecirdek.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.