Ölkə

Formula 1 üçün yerlilərə endirim var - Filarmoniya tribunasına isə biletlər bitib - FOTO

15 Fevral 2018 16:16
0 Şərh     Baxış: 706

Bakıda 27-29 aprel tarixlərində keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.

Milli.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə yarışa xaricdən daha böyük maraq var: "Bu günə olan məlumata görə, ən çox bilet alan ölkələrin siyahısında ilk üçlükdə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 %-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib".

O, qeyd edib ki, adətən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunur: "Biz ötən həftə "Jamiroquay" musiqi qrupunun 27 aprel tarixində "Kristal Zal"da konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq".

B.Özərdim əlavə edib ki, hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 % daha ucuz qiymətə təklif olunur. Bu endirim yarışadək davam edəcək. Satışda olan biletlərlə əlaqədar ətraflı məlumatı BŞH-nin https://www.bakucitycircuit.com/az/buy-now rəsmi saytından əldə etmək olar.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.