Ölkə

Minik və yük avtomobilləri toqquşdu

15 Fevral 2018 14:17
0 Şərh     Baxış: 446

Ağdaş rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində qeydə alınıb.

Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əsədov Ramal Niyaz oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə toqquşub.

Minik avtomobilinin sürücüsü Ramal Əsədov və sərnişini, Ağdaşın Korarx kənd sakini, 1997-ci il təvəllüdlü Həmidova Şəmsiyyə Qiyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.