Ölkə

Bakının əsas yollarından biri genişləndirilir - FOTO

15 Fevral 2018 14:25
0 Şərh     Baxış: 2 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədi ilə təmir-tikinti işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədi ilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır. Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən mövcud geri dönmə hissədə də genişləndirmə işləri görülür. Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır.

Bundan başqa prospektin sözügedən hissəsində sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək məqsədi ilə 1 nöqtədə cib"li hissə yaradılır.

İşlər tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.