Ölkə

BANM-da “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq

15 Fevral 2018 11:09
Baxış: 474

Bu gün informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, mütərəqqi fiber-optik kommunikasiya infrastrukturlarının qurulduğu Azərbaycanda informasiya təhlükəsizliyi böyük əhəmiyyət daşıyır.

Milli.Az xəbər verir ki, dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Bu baxımdan, informasiya sisteminin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının və eyni zamanda bu texnologiyalardan istifadə edən istifadəçiləri hədəfə alan, yenə də informasiya texnologiyalarından istifadə edilərək həyata keçirilən kibercinayətlərə qarşı effektiv mübarizə aparılması üçün bu sahədə peşəkar mütəxəssislərə böyük təlabat yaranmışdır.

Bütün bu faktorları nəzərə alan Bakı Ali Neft Məktəbi (BANM) "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə mütəxəssis hazırlamağı planlaşdırır. Qeyd edək ki, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.

Hazırda bakalavr pilləsi üzrə "Neft-qaz mühəndisliyi", "Kimya mühəndisliyi", "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə yüksək potensiallı kadr hazırlığını həyata keçirən Ali Məktəbdə "İnformasiya təhlükəsizliyi" ixtisasının tədrisi əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacı böyük ölçüdə qarşılayacaqdır. Xatırladaq ki, dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslar üzrə mütəxəssis hazırlığı ingilis dilində aparılır, tədris yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.