Ölkə

"Niva" hasara çırpıldı: sürücü öldü

15 Fevral 2018 10:37
2 Şərh     Baxış: 1 256

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Çayqovuşan kəndi ərazisində qeydə alınıb.

Qalacıq kənd sakini, 1966-cı il təvəllüdlü Məlikov Elxan Ağa oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobili qar və buz səbəbindən dairəvi yol ayrıcında idarəetmədən çıxaraq hasara çırpılıb.

Sürücü Elxan Məlikov hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Hacıyev Asim Mustafa oğlu yüngül xəsarət alıb.

O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    $.$.$. · 15 Fevral 10:4500

    Asta sur həmişə sur! Allah rehmet elesin .

    Cavab yaz
  • Anonim
    Men · 15 Fevral 12:4600

    Alın yazısı bura qedermiş allah iraq etsin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.