Ölkə

Bakıda yol genişləndirildi - İndi hərəkət daha rahatdır - FOTO

14 Fevral 2018 17:05
0 Şərh     Baxış: 1 682

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə,  (AAYDA) Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha bir küçədə aparılan əsaslı təmir işləri yekunlaşdırılıb. Söhbət 1,9 km uzunluğa malik Abay Kunanbayev küçəsindən gedir.

Aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1,3 km-lik hissədə 9 m-dən 12 m-ə, 0,6 km-lik hissədə isə 7 m-dən 14 m-ə qədər genişləndirilib.

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p/m yeni səki daşları düzülüb.

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min kv.m-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

Hərəkətin normal təşkili üçün yeni yol nişanları quraşdırılmaqla və yolun üfüqi nişanlama xətləri çəkilməklə küçədə tam yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.