Ölkə

Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama

14 Fevral 2018 16:43
9 Şərh     Baxış: 22 768

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb.

Milli.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev özəl olaraq Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

E. Babayev bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur: "Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar. Son iki iş günü ərzində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablamalar başa çatdırılıb və bu gündən artıq maliyyələşmə işlərinə başlanılıb. Pensiyaçılar sabah günün sonunda müvafiq vəsaitləri iki aylıq artımlarla birgə öz hesablarında görəcəklər".

Şöbə müdiri deyib ki, Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılır: "2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 566 745 nəfərdir. Çox böyük bir say alınsa da, sığorta-pensiya sisteminin elektron infrastrukturu həm əmək pensiyalarının, həm də fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması işlərinin avtomatlaşdırılmış şəraitdə 2 gün ərzində yerinə yetirməyi mümkün edib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Veteran · 14 Fevral 16:4590

    Yekun noldu ne vaxt veriləcək?

    Cavab yaz
  • Anonim
    Musa · 14 Fevral 16:46100

    Bəs nə vaxt veriləcək? Suala cavab yoxdu axı?

    Cavab yaz
    • Anonim
      111 · 15 Fevral 09:4420

      yazilib da, sabah!!! Allahin sabahi coxdur))

      Cavab yaz
  • Anonim
    cccr · 14 Fevral 17:4980

    Camaatin derman pulumu canlari cixir vaxtinda versinler.

    Cavab yaz
    • Anonim
      Mm · 14 Fevral 18:5320

      Sabahdıda sabah

      Cavab yaz
  • Anonim
    Loğman · 14 Fevral 18:1410

    Göresen sosial müavintlərdədə artım var yoxsa əmək pensiyaları artıb

    Cavab yaz
  • Anonim
    Aygun · 14 Fevral 18:3030

    Insalah vereler

    Cavab yaz
  • Anonim
    Mirzəcəl İloğlu · 14 Fevral 20:0250

    Son vaxtlar pensiya yaşı çatmayanları "öz xahişi-ərizələri" əsasında hədə-qorxu ilə işdən çıxarırlar. Deyilənə görə cavan kadrlar küçələri başına alıb. Cavan at yaxşı işləyir və cavan qızlar axtarırıq prinsipi ilə işçi axtaranlarla, cəmiyyəti dağıdanlarla mübarizə aparmaq üçün dövlət qurumları səfərbər olunsunlar.

    Cavab yaz
    • Anonim
      4444 · 15 Fevral 16:3400

      varlilarin cenneti kasiblarin cehenneminden yaranib.Bunu unutmayin

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.