Ölkə

Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinə görə yeni rüsum tətbiq olunacaq

14 Fevral 2018 13:41
3 Şərh     Baxış: 3 978

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumunun tətbiq olunması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Dövlət rüsumları haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat;
- 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat;
- 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat.

Hazırkı qanunvericiliyə əsasən 15 yaşdan aşağı şəxslər şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün dövlət rüsumundan azaddır.

Qeyd edək ki, 15 yaşdan yuxarı şəxslər üçün bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir. Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olunmayacaq.

Dəyişikliklər qəbul olunacağı təqdirdə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    F044 · 14 Fevral 14:1520

    Bu xəbəri hazirlayan səhv yazıb yoxsa bu komitə üzləri çaşıb ??? Hal-hazırda 16 yaşa kimi olan uşaqlara vəsiqə pulsuz verilir. Yəqin ki, bunlar ödənişli edəcəklər sadəcə baş aldaddı oyunu oynayirlar )))

    Cavab yaz
  • Anonim
    . · 14 Fevral 15:4000

    Dəyişikliklər qəbul olunacağı təqdirdə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

    Cavab yaz
  • Anonim
    Gg · 14 Fevral 15:4610

    Allah belanizi versin amin her sey puladi pulsuz olan birsey yoxdu Bu olkede

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.