Ölkə

Azərbaycanda standartlaşdırma ilə bağlı yeni qanun qəbul edilə bilər

14 Fevral 2018 13:55
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Standartlaşdırma haqqında" yeni qanun qəbul edilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Yeni qanun 6 bölmə və 27 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.