Ölkə

Bakıda vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu

14 Fevral 2018 11:09
4 Şərh     Baxış: 2 094

"Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub".

Milli.Az xəbər verir ki, bunu Trend-ə institutunun direktoru Həqiqət Qədirova deyib.

Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

"Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün".

H.Qədirova qeyd edib ki, xəstə müəllimənin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbilər həyata keçirilir:

"Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Azad · 14 Fevral 17:1600

    salam men ne demiwidim ey menim eziz xalqim milletim men butun azerbaycanin bu gunde oldugunu defelerle demiwem hami Veremdi

    Cavab yaz
  • Anonim
    Azad · 14 Fevral 17:1900

    butun mektebler veremden yoxlansin

    Cavab yaz
  • Anonim
    Hacı · 14 Fevral 21:3300

    Hacıqabullu alman dili müəlliməsi?

    Cavab yaz
  • Anonim
    Hacı · 14 Fevral 21:3400

    Allah şəfa versin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.