Ölkə

BANM-ın tələbəsi "Azerspace-2" peykinin orbitə buraxılmasında iştirak edəcək

14 Fevral 2018 10:00
2 Şərh     Baxış: 443

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi "Azərspace-2" peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq. Azərbaycan Respublikasının sayca üçüncü peyki olacaq "Azerspace-2" peykinin buraxılması cari ilin aprel ayında Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq.

Milli.Az xəbər verir ki, BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətli mərasimdə - "Azerspace-2" peykinin orbitə buraxılmasında iştirakı üçün dəvət aldığına görə "Azərkosmos" ASC-nin rəhbərliyinə təşəkkür edib və onun bütün heyətinə uğurlar diləyib.

BANM ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin "Neft-qaz mühəndisliyi" ixtisasının üçünçü kurs tələbəsi olan Fərdin Vətənidir. BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir.

BANM ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin  "Neft-qaz mühəndisliyi" ixtisasının üçünçü kurs tələbəsi olan Fərdin Vətənidir.  BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür.

Qeyd edək ki, 2013-cü ildə ilk peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik klubunun üzvünə çevrilmiş və ölkəmizdə kosmik sahənin əsası qoyulmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    elvin · 14 Fevral 10:2920

    fexr elinesi ovlad bele olar e yoxsa bambili kimi instaqramda oralarin buralarin sisirdib reklam eliyen gedeler ve ya matiska qizlar deyil

    Cavab yaz
  • Anonim
    oxucu · 14 Fevral 10:3100

    Bu Ali neft məktəbi deyəndə mənə qəribə gəlir. O boyda Neft Akademiyasını kiçildib elədilər heç nə. Neft məktəbi yox bir peşə məktəbi. Bakıda nəyin desən Akademiyası var.Neft Akademiyası niyə olmasın? Tennis Akademiyası, mususiqi akademiyası nə bilim nə....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.