Ölkə

Biləsuvarda çoban bıçaqlandı

13 Fevral 2018 18:45
1 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda çoban bıçaqlanıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, Davud Bayramov kürək nahiyəsindən bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

İlkin məlumata görə, çobanlıqla məşğul olan D.Bayramov Səmədabad kəndi ərazisində yerləşən fermada çalışan digər çoban tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.