Ölkə

Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018" mövzusunda konfrans keçirilib - FOTO

13 Fevral 2018 17:26
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı - "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə fevralın 13-də Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018" mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransın əhəmiyyətindən, ölkəmizdə ikinci dəfə təşkil olunan tədbirin Azərbaycanda biznesin inkişafına töhfələrindən danışıb.

Daha sonra tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Keri, "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev və başqaları çıxış ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.