Ölkə

Canavarlar evə hücüm etdi - Azərbaycanda - VİDEO

13 Fevral 2018 15:55
0 Şərh     Baxış: 3 839

Yevlax rayonunda canavarlar fərdi yaşayış evinə hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini Nasir Musif oğlu Məmmədovun həyətinə hücum edən yırtıcılar 5 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 10 baş xırdabuynuzlu heyvanı isə yaralayıblar. Daha sonra vəhşi heyvanlar aynabəndin şüşələrini qıraraq evə soxulmağa çalışıblar. Lakin evin sakinləri canavarların evə girməsinin qarşısını alıblar.  

Hadisə yerinə Yevlax Rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Canavarlar bu dəfə evə hücum çəkdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.