Ölkə

Azərbaycanda körpələrə qoyulmasına icazə verilən qəribə adlar - SİYAHI

13 Fevral 2018 15:35
21 Şərh     Baxış: 5 976

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən qəribə adlar açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, adlar siyahısında Atabərk, Aycan, Alak, Amangəldi, Cudi, Cumar, Curuş kimi kişi, Axirə, Anacan, Arıqız, Ayca, Ayda, Aysadə, Ayqan, Balı, Balış kimi qadın adları yer alıb.

Valideynlər övladlarına Abaqa, Abdar, Abdil, Abdulşir, Ablı, Absalat, Acaralp, Adıbaba, Adıbala, Adıgün, Adlıbəy, Ağamal, Akim kimi kişi, Abayət, Abıtel, Adaxanım, Adıdan, Afəridə, Afiliyə, Afrizə, Aftab, Ağanənə, Ağçiçək, Ağnur, Ağnurə, Ağanurə kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Atabərk, Ataqardaş, Ataulla, Ayman, Aləmgir, Amanulla, Amiyət, Anlar kimi kişi, Ağtab, Akça, Akpinar, Alabikə, Aldona, Aleftina, Aləmara, Aləməfruz, Aləmsuz, Alnarə, Alyanaq, Anabacı, Aybacı, Anatac, Anayə, Aniyə, Arasiyyə, Arasta, Ayat, Aysalı, Aytamam, Ayulduz, Aynaisə, Aznurə kimi qadın adları da yer alıb.

Körpələrə Bağdasər, Balaman, Bayel, Bilən, Bilgər, Birnur, Borazan, Bozər, Calib, Carər, Cavlı, Cəsarətdin, Cövzalı kimi kişi, Bacıgül, Badamnar, Badəgül, Baxçagül, Bağdaxanım, Balacaxanım, Başxanım, Bəyanə, Cəbirə (zor işlətmə), Cəbriyyə, Cəzanə (təngə gəlmək), Cığalı kimi qadın adları da qoyula bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Tovuzlu E · 13 Fevral 15:4820

    ((( Balisa icaze varsa birazdan yorgan, dosek qoymaq isteyen olacaq Ariqiz birazdan milcekqiz da olacaq

    Cavab yaz
  • Anonim
    Şahsənəm · 13 Fevral 16:0601

    Mən oların yerinə olsaydım Bahar qoyardım

    Cavab yaz
  • Anonim
    4444 · 13 Fevral 16:1160

    Ataulla yox bir apar tulla/Baslari xarab olub ey bezilerinin

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 13 Fevral 16:2420

      Allah səni güldürsün:)))

      Cavab yaz
      • Anonim
        4444 · 13 Fevral 19:0122

        Redd ol burdan

        Cavab yaz
        • Anonim
          4444 · 13 Fevral 20:2010

          Siz kimsiz?????

          Cavab yaz
  • Anonim
    menn · 13 Fevral 16:3801

    bunlar uwaq tapiblar, ad tapmayiblar. Hec olmasa aidiyati iwciler onlara yardim edeydiller.

    Cavab yaz
  • Anonim
    Bhj · 13 Fevral 16:4201

    Day ne qaldi.

    Cavab yaz
  • Anonim
    Müəllimə · 13 Fevral 16:5800

    Tutaq ki..valideynlər nadandı....Axı bunlara rəsmi necə icazə vermək olar...

    Cavab yaz
  • Anonim
    Kami · 13 Fevral 17:0410

    Men de teze adlar teklif edirem - Sidrulla, Sidrid, Apulla. Diger icaze verilenlerden neyleri eskikdir?

    Cavab yaz
  • Anonim
    LoL · 13 Fevral 17:1110

    1-2sini de men deyim elave edilsin Atoppa, Əlrəqs. Zarafat bir yana biyabirciliqdir. Amangəldi, Tutgəldi nedi a kişi.

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 13 Fevral 17:5301

    kiminsə səbiri çatdısa bu adfasonları sona qədər oxumaqa ona 5+

    Cavab yaz
  • Anonim
    Süleyman · 13 Fevral 18:3910

    Normal, ağlı başında olan valideyn öz uşağına belə axmaq və gülünc adlar qoymaz!

    Cavab yaz
  • Anonim
    Süleyman · 13 Fevral 18:4210

    Hesab edirəm ki, belə adları qoymağa icazə verənlərin çox da sağ ağılları yoxdur.

    Cavab yaz
  • Anonim
    PRiNS · 13 Fevral 19:35106

    Ereb adlarından ki yaxşıdır.. ABDULLAH -Allahın nökeri, FATiME -Süd vermeyen arvad, KÜBRA- Yoğun arvad, QEMBER- Yeke daş, ZABiT- işğalçı, HECER- Qara daş, ABDULHÜSEYN -Hüseynin nökeri demekdir ve s... Hansı yaxşıdır? Hansını qoymaq yaxşıdır?

    Cavab yaz
    • Anonim
      ...... · 13 Fevral 20:2910

      Mən deyimde.Ən yaxşisi PRINS.Kecən dəfədə demişdim.

      Cavab yaz
    • Anonim
      Prinse · 13 Fevral 20:4320

      Fatime sud vermeyen arvad deyil,o barmaqlara eziyyet ver axtar.Cox sher atansan.

      Cavab yaz
      • Anonim
        PRiNS · 13 Fevral 22:1730

        Fatime süd vermeyen/südden kesilmiş arvad demekdir

        Cavab yaz
      • Anonim
        orxideya · 14 Fevral 11:4500

        Bütün mənbələrdə Fatimə adinin lüğəvi mənasi süddən kəsilmiş, Kübra adinin da lüğəvi mənasi əzəmətli kimi göstərilir.

        Cavab yaz
  • Anonim
    Seva · 13 Fevral 19:4900

    Bu ne adlardır yada saxlamaq üçün gerek 3 gün 3 gece ezberleyesen

    Cavab yaz
    • Anonim
      jale · 13 Fevral 21:3000

      bir nece ay qabaga dediler ki bele adlari valideyinler qoysalarda adiyati qurumlar buna icaze vermeyecekler yene qoymaq olurmuw aglina ne geldi findiq qoz

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.