Ölkə

"Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq" - Nazir DANIŞDI

13 Fevral 2018 15:40
0 Şərh     Baxış: 1 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vergilər Nazirliyi vergi yoxlamalarının sayını azalda bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, yoxlamaların sayının azaldılması nəzarət sisteminin zəifləməsi demək deyil: "Müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün risklərin mövcudluğu aşkar olunarsa, şübhəsiz ki, vergi ödəyicisi ilə təmas qurulacaq və risklərin aradan qaldırılmasına çalışılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Məqsədimiz dövlət-sahibkar münasibətlərində qarşılıqlı etimadın artırılmasına nail olmaqdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.