Ölkə

Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş xatirə tədbiri olacaq

13 Fevral 2018 18:18
3 Şərh     Baxış: 665

Unudulmaz bəstəkarın yubileyi təntənəli şəkildə qeyd ediləcək.

Milli.Az xəbər verir ki, fevralın 15-də saat 16.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə tədbiri olacaqdır.

Azərbaycan Bəstəkarlar İttifaqından Milli.Az-a bildiriblər ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında məruzələr dinləniləcək, Azərbaycan Dövlət Triosu, Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı və solistlərin iştirakı ilə vokal və kamera-instrumental əsərləri səsləndiriləcəkdir.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ən çox, ən çox · 13 Fevral 18:2480

    Sevdiyim bəstəkar. Yeri behişt olsun.

    Cavab yaz
  • Anonim
    Kainat · 13 Fevral 18:4040

    Azerbaycanin musiqi alemine saysiz inciler bexw etmiw Elza xanimin xatiresi werefine ne edilse,yene de azdir. Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    ESİ... · 13 Fevral 21:3400

    Bütün mahnıları qelbden,duyğu dolu,yaddaqalan,bestekar Elza İbrahimova..Ona verilen deyer bizim hamımızı sevindirer,sevindirir..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.