Ölkə

Bakının yenilənən bu küçəsi daha müasir görkəm alacaq - FOTO

13 Fevral 2018 13:43
0 Şərh     Baxış: 4 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə təmirinə start verilib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1,75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi.

2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 m enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndiriləcək. Təmir-tikinti işləri çərçivəsində küçənin 1 km-lik hissəsində artıq köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülür. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 4-5 m dərinikdə və 5-6 m enində qazılır. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilir. Artıq bu işlər yolun təqribən 400 m-lik hissəsində görülərək yekunlaşdırılıb.

Sözügedən işlərin yekunlaşdığı ərazilərdə AAYDA tərəfindən bərpa işləri aparılır. Yol ayrıcı sökülür, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılır, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilirr. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılır. Yüksək gərginlikli elektirk xəttinin çəilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0.8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilir. 

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, zəruri yerlərdə yeni sistem qurulacaq, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulacaq. 6 yerdə isə avtobusların ümüumi hərəkətə mane olmamaları üçün dayanacaqlarının önündə xüsusi "cib"li hissələr yaradılacaq.

Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kv.m mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Ümumilikdə küçə boyu 3500 p/m yeni səki daşının düzülməsi işləri aparılır.

Mir Cəlal küçəsi 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.